Arvadını və qaynanasını döyən futbolçu həbs olundu

O, 12 min dollar girov müqabilində buraxılıb

Kiyevin "Dinamo" klubunun yarımmüdafiəçisi Dudu öz həyat yoldaşını döydüyünə görə Braziliyada həbs olunub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Braziliyada dincələn futbolçu öz həyat yoldaşının zənglərinə cavab verməyib. Buna görə aralarında mübahisə düşüb və futbolçu öz xanımının saçlarından yapışaraq başına bir neçə zərbə endirib. Qızının bu halını görən anası köməyə gəlsədə, oda kürəkəninin qurbanı olub.
Futbolçu Braziliyanın yerli polis bölməsinə aparılıb və ertəsi gün 12 min dollar girov müqabilində azadlığa buraxılıb.
Qeyd edək ki, "Dinamo" klubu Duduya bir həftə əvvəl doğulmuş ikinci uşağına görə Braziliyada məzuniyyətini artırmağa icazə verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31