"Qarabağ" iki yoxlama oyunu keçirəcək

Oyunlar Türkiyənin Antalya şəhərində olacaq

Antalyada qış təlim-məşq toplanışını davam etdirən "Qarabağ" klubu daha iki yoxlama oyunu keçirəcək. ANS PRESS-in kluba istinadən verdiyi xəbərə görə, Ağdam təmsilçisi fevralın 1-də Gürcüstanın "Zestafoni", 2-də isə Moldovanın "Tiraspol" klubu ilə qarşılaşacaq.
Xatırladaq ki, saat 15:00-da başlayacaq görüşlər Bələkdə, "İC Santai" mehmanxanasının futbol meydançasında baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31