Arsen Venqer: "Bekhem istəsə, biz fikirləşmədən müqavilə bağlayarıq"

"Arsenal" klubunun baş məşqçisi Arsen Venqer qeyd edib ki, 37 yaşlı Devid Bekhem "topçu" ola bilər. Milli.Az sport-express-ə istinadən xəbər verir ki, Venqer The Telegraph-a bildirib: 
"Devid bizim oyunçularımız üçün nümunə ola bilər. Yaşına baxmayaraq, o, hamıya əsl peşəkarlığın nə olduğunu nümayış etdirir. Əlbəttə, əgər bizim onunla müqavilə bağlamaq imkanımız olsa, yəni əgər o istəsə, biz fikirləşmədən bunu edərik. Devid Bekhem kimi insan dünyanın heç bir klubuna yük ola bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31