Mario Balotelli bu gün "Mİlan"la müqavilə imzalayacaq!

İtaliyanın "Milan" futbol klubu, İngiltərənin "Mançester Siti" klubunda forma geyən italiyalı futbolçu Mario Balotellini rəsmən transfer edib. Siasport.az saytı xəbər verir ki, bu barədə "Milan"ın rəsmi televiziyası açıqlama verib. Telekanalın rəsmi açıqlamasında deyilir ki, bu gün M.Balotelli İtaliyaya gələrək tibbi yoxlanışdan keçəcək və ulduz futbolçu ilə 2017-ci ilin aprelinə qədər olan müqavilə imzalanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31