Türk futbolunda olay: "Aslan" - "bülbül" - "döşəkçi" - yenə "bülbül"

milli.Az goal.com-a istinadən xəbər verir ki, ötən mövsümün sonunda "Fənərbağça"dan ayrılaraq "Atletiko" Madridə gedən Emre Belözoğlu geriyə dönüb.
NTVSpor-un son dəqiqədə verdiyi məlumata görə, "Bülbül" təmsilçiləri gizli şəkildə apardıqları görüşmələr nəticəsində yarımmüdafiəçi ilə 2,5 illik müqavilə bağlayıblar.
"Fənərbağça" bu transfer üçün bonservis ödəməyəcək. Həmçinin, "Fənərbağça" cümə günü Younes Belhandanın transferini rəsmi olaraq açıqlayaraq bu transfer pəncərəsini bu iki transfer ilə bağlayacağını bildirdi. 32 yaşlı Emre Belözoğlu "Atletiko" (Madrid) ilə Avroliqa oyunlarında heyətdə olduğu üçün "Fənərbağça"nın Avroliqa oyunlarında forma geyinə bilməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31