İqor Mitreski: "İsrarlıyıq"

Antalya hazırlığını davam etdirən "Neftçi" PFK-nın müdafiəçisi İqor Mitreski fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o, hazırlığın əhəmiyyətindən danışıb: "Hazırlığın ilk günündən məşqlərdə maksimum qüvvə sərf edirik. İstər fiziki,istərsə də taktiki baxımdan daha yaxşı səviyyəyə gəlmişik. Düşünürəm ki, bu göstəriciləri hazırlığın sonuna kimi daha da artıracağıq. Qarşıda daha 2 matçımız var. Bu oyunlar yoxlama xarakteri daşıyır. Əsas odur ki, hər kəs bu qarşılaşmalarda çıxış etmək şansı qazanır. Bizim üçün vacib olan ölkə çempionatı və kubokudur. Hər iki mükafatı qazanmaqda israrlıyıq."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31