Kaka "Anji"də?
Roberto Karlos şəxsi nüfuzundan istifadə edərək transferi reallaşdırmağa ümidlidir
29 Yanvar 2013 19:19 İdman"Milan"a transfer olunacağı gündəmdə olan Madrid "Real"ının oyunçusu Kaka Rusiyanın "Anji" klubuna transfer ola bilər. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Anji" rəhbərliyi "Real"la danışıqlara başlayıb.
"Anji"nin idman direktoru, "Real"ın sabiq futbolçusu Roberto Karlos da bu keçidlə bağlı fəaliyyətə başlayıb. Məlumata görə, Roberto Karlos Madridə gedərək Kakanın transfer işini bitirməyə çalışır. Roberto Karlos öz nüfuzundan istifadə edərək transferi rəsmiləşdirmək ümidindədir.
"Anji"nin baş məşqçisi Quus Hiddink də Avropa liqasında daha yaxşı bir heyətlə çıxış etmək üçün Kakanı sərəncamında görmək istədiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31