"Bavariya"da yeni qalmaqal

Aryen Robben məşqçinin tapşırıqlarını yerinə yetirməkdən imtina edib

Münhenin "Bavariya" klubunda yeni münaqişə yaşanıb. ANS PRESS-in verdiyi məlumata görə, bu dəfə baş məşqçi Yup Xaynkeslə Hollandiya yığmasının yarımmüdafiəçisi Aren Robben dalaşıb.
Futbolçu məşqçinin tapşırığını yerinə yetirməkdən imtina edib və topu divara çırpıb. Çalışdırıcının assistenti Peter Xerman ona xəbərdarlıq etsə də, futbolçu əhəmiyyət vernəyib.
Xatırladaq ki, 2012/13-cü mövsümdə Robben Almaniya çempionatında cəmi 6 oyun keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31