2012-ci ilin ən yaxşı boksçusu
Amerika Jurnalistlər Assosiasiyası filippinli Nonito Doneri 2012-ci ilin ən yaxşı boksçusu seçib
29 Yanvar 2013 13:01 İdmanAmerika Jurnalistlər Assosiasiyası (BWAA) 4 çəki kateqoriyasına görə boks üzrə dünya çempionu 30 yaşlı filippinli Nonito Doneri 2012-ci ilin ən yaxşı boksçusu seçib.
Doner 2012-ci ildə 4 duel keçirib. Fevral ayında Vilfredo Vaskesi, iyulda Cefri Matebulanı məğlub edən boksçu oktyabrda Tosiaki Nisiokunu texniki nakautla və dekabrda isə Xorse Arseni nakautla məğlub edib. Doner WBC üzrə 55,3 kiloqram çəkidə brilyant kəmər ustasıdır. O, həmçinin WBO versiyası ilə həmin çəkidə dünya çempionudur.
Assosiasiya ən yaxşı döyüşü kimi isə filippinli Menni Pakiao ilə meksikalı Xuan Manuel Markes arasında keçən oyunu göstərib. Bu, 8 dekabr 2012-ci ildə Markesin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, BWAA həmçinin Denorun məşqçisi Robert Qarsiya ilin məşqçisi seçilib.