“Həyatda görməyəcəyim 3 işdən biri “Real”ı çalışdırmaqdır"
29 Yanvar 2013 19:43 İdman"Barselona"nın baş məşqçisi Tito Vilanovanın heç vaxt görməyəcəyi iş müəyyənləşib. "Azadinform" xəbər verir ki, Tito heç vaxt "Real"ı çalışdırmayacağını açıqlayıb.
Bu barədə o, yaxında satışa çıxacaq "Ser Del Barsa" adlı kitaba danışıb. Hazırda Nyu-Yorkda xərçəngdən müailəcə olunan Vilanova heç bir halda "Real"a başçılıq etməyəcəyini bildirib: "Həyatda görməyəcəyim 3 işdən biri "Real"ı çalışdırmaqdır. Digər ikisi isə oyun satmaq və dopinqdən istifadə etməkdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31