Bekhem "Arsenal"da məşq edəcək

Futbolçu özünə yeni iş yeri tapanadək formadan düşməməyə çalışacaq. "Los-Anceles Qelaksi"nin keçmiş yarımmüdafiəçisi və "Mançester Yunayted"in əfsanəvi xavbeki Devid Bekhem bu gündən London "Arsenal"ının əsas heyətində məşqlərə qatılacaq. Anspress-in verdiyi məlumata görə, hələlik onun komandada hansı mövqedə oynayacağı müəyyən olunmayıb. "Topçular"ın heyətində məşqlər futbolçu yeni komanda tapana qədər davam edəcək. Əlavə edək ki, Bekhem "Los-Anceles Qelaksi" ilə müqaviləsi bitdiyinə görə İngiltərəyə qayıdıb. Hal-hazırda o, azad agent statusundadır. Xatırladaq ki, yarımmüdafiəçiyə "Milan", PSJ, KPR və "Vest Hem" klublarında oynamaq təklif olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31