Azərbaycanlı futbolçu Kiyev Dinamosundan ayrıldı
28 Yanvar 2013 19:21 İdmanFutbol üzrə Azərbaycan yığmasının və "Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyevin Kiyev "Dinamo"suna keçidi baş tutmayıb. Azerisport.az xəbər verir ki, "ağ-qaralar"ın üzvü bir həftəyə yaxın Kiyev klubunun ikinci komandasında baxışda olsa da, onu əsas komandaya götürmək istəməyiblər.
"Neftçi" isə futbolçusunun "Dinamo-2"-də çıxış etməsinə razılaşmayıb. Bu üzdən də İmamverdiyevin Antalyaya geri qaytarılmasına qərar verilib. O, yanvarın 29-da yığmamızın Dubay toplanışına yollanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31