Buzadırmanma üzrə Dünya Kubokunun 3-cü mərhələsi keçirilib
28 Yanvar 2013 13:00 İdmanAlpinistlərimiz Buzadırmanma üzrə Dünya Kubokunun 3-cü mərhələsində güclərini sınayıblar. Alpinizm Fedarasiyasından "OLAYLAR"a daxil olan məlumatda bildirilir ki,
İtaliyanın Rabenştayn şəhərində keçirilən 5 mərhələli Buzadırmanma üzrə Dünya Kubokunun 3-cü mərhələsi başa çatıb. Nüfuzlu beynəlxalq yarışda Azərbaycan idmançıları da güclərini sınayıblar.
Yarışlara şənbə günü start verilib. Həmin gün "çətinlik" və "sürət" növləri üzrə kvalifikasiya yarışları, "sürət" növünün final mərhələsi, növbəti gün isə "çətinlik" növü üzrə yarımfinal və final yarışlar keçirilib. Kişilər arasında "sürət" növündə 8 ölkədən 39 idmançının iştirakı gözlənilsə də, cəmi 35 idmançı yarışlara qatılıb. Qadınlar arasında isə "sürət" növündə 8 ölkədən 17 idmançı iştirak edib.
Bütün yarışların qalibləri Rusiya yığma komandasının idmançıları olublar.