Futbolda faciə: 7 ölü

Türkiyədə stadionun istinad divarı uçub

Türkiyədə futbol matçı zamanı faciə baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Şırnakda matç zamanı 3 metrəlik istinad divarı oyunçuların üzərinə aşıb. Nəticədə dağıntılar altında qalan 7 nəfər ölüb. Xilasedicilər bütün gecə ərazidə xilasetmə işləri aparıblar.
Bölgədəki bəzi evlərdə sürüşmə təhlükəsi ilə bağlı olaraq boşaldılıb. Şırnak valisi Vahdettin Özkan hadisə yerində araşdrımalarla tanış olduqdan sonra, xəstəxanadakı yaralıları ziyarət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31