Anelka "Yuventus" ilə anlaşdı

Anelka "Yuventus"da tibbi müayinədən keçdi. Milli.Az "Yuventus" klubunun rəsmi saytına istinadən xəbər verir ki, fransız futbolçu Nikolya Anelka tibbi baxışdan dünən səhər Turin İdman tibb universitetində keçib. La Gazzetta dello Sport bildirir ki, Anelka 18 nömrəli futbolkanı seçib. Qəzet bunu oyunçunun doğulduğu Martinika adasının poçt kodu (9,7,2) ilə əlaqələndirir. Gazzetta bildirir ki, Anelka bu mövsümün sonunda "Yuventus"dakı çıxışına görə 1,2 milyon avro alacaq. Həmçinin müqavilədə oyun sayına, qol sayına və titullara görə 800 min avroya qədər bonuslar nəzərdə tutulub. Mövsümün sonunda hər iki tərəf razı olarsa, Anelka müqaviləsini daha 1 il uzadacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31