Gənc boksçu rinqdə öldü VIDEO
Döyüşdə aldığı zədədən boksçunun beyninə qan sızıb
28 Yanvar 2013 11:46 İdmanİndoneziya çempionatında 17 yaşlı boksçu dünyasını dəyişib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, boks üzrə gənclər arasında keçirilən İndoneziya çempionluğu uğrunda 12 raund nəzərdə tutulmuş döyüşdə faciə yaşanıb.
17 yaşlı Tubaqus Sakti boksçu İkal Tobidoy ilə keçirdiyi görüşün 8-ci raundunda huşunu itirərək yerə yıxılıb. O, dərhal xəstəxanaya çatdırılıb. Hadisədən bir gün sonra gənc boksçu beyinə qan sızması səbəbindən dünyasını dəyişib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31