Droqba “Qalatasaray”da
28 Yanvar 2013 11:16 İdmanDünən İstanbul derbisində qalib gələn "Qalatasaray" transfer də uğurlu nəticə əldə edib. "Qafqazinfo" xəbər verir ki, "Cim Bom" Sneyderdən sonra digər bir ulduz futbolçu Didye Droqba ilə müqavilə imzalayıb. Futbolçunu transfer etmək üçün "Qalatasaray" rəhbərliyi birbaşa Cənubi Afrikaya yollanıb. Droqba Fildişi yığmasının heyətində, Afrika millətlər kubokunda, komandasına kömək edir. Droqba ilə 1 illik müqavilə imzalanıb. Lakin bu müddət 2 il yarıma qədər uzadıla bilər. Ulduz futbolçu milli komandadakı işini qurtardıqdan sonra İstanbula gələcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31