"Mançester Yunayted"də 20 yaşlı hücumçu

İngiltərənin "Mançester Yunayted" komandası "Kristal Pelas" klubunun hücumçusu Vilfred Zaha ilə müqavilə bağlayıb. Trend-in cümə günü xarici KİV-ə istinadən verdiyi məlumata görə, 20 yaşlı futbolçu komandaya bu ilin yayında qoşulacaq. Zaha mövsümün sonunadək öz komandasında icarə əsasında oynayacaq.
"Biz gənc perspektivli futbolçulara üstünlük veririk. Onlar klubumuzda inkişaf edə bilərlər. Buna çoxlu nümunələr göstərmək olar. Ümid edirəm ki, Zahanın yeni klubu xoşuna gələcək", - "Mançester Yunayted"in baş məşqçisi Aleks Ferqyuson deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31