"Bavariya" transferlər üçün Qvardiolaya 280 milyon avro ayırdı!
25 Yanvar 2013 19:42 İdmanAlmaniyanın "Bavariya" futbol klubu, gələn mövsümdən etibarən klubun sükanı arxasına dəvət etdiyi Xose Qvardioa üçün fantastik transfer büdcəsi ayırıb. Siasport.az saytı xəbər verir ki, alman nəhəngi, "Barselona"da böyük uğurlara imza atmış X.Qvardiolanın həmin uğurları yenidən "Bavariya"da təkrarlaması üçün bütün şəraiti yaratmağa hazırlaşır. Alman mətbuatı xəbər verir ki, "Bavariya" yeni transferlər üçün düz 280 milyon avro ayrımağa qərar verib. Məlumata əsasən, X.Qvardiolanın kluba gətirmək istədiyi futbolçuların siyahısı, artıq rəhbərliyə çatdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31