"Real" zədəli Kasilyası "Osasuna"nın qapıçısı ilə əvəz edə bilər

İspaniyanın "Real" (Madrid) komandası zədəli İker Kasilyası əvəz edəcək qapıçının axtarışına başlayıb. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, madridlilər yaxın günlərdə yeni qapıçını heyətinlərinə qatmaq niyyətindədirlər. 
Əsas namizəd kimi isə "Osasuna"nın qapıçısı Andres Fernandes göstərilir. Onun transfer qiyməti 9 milyon avro dəyərində qiymətləndirilir. Bu transfer baş tutmasa, "Real" Roberto Qaqo ("Saraqosa") və Julio Sezar ("KPR") ilə danışıqlara başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31