İdmançılarımız Qış Olimpiya Oyunlarına qatılacaq
25 Yanvar 2013 14:32 İdmanYanvarın 29-dan fevralın 6-dək Cənubi Koreyanın Pyeonq Çanq şəhərində Ümumdünya Xüsusi Qış Olimpiya Oyunları keçiriləcək. Azərbaycan Xüsusi Olimpiya Komitəsindəın "OLAYLAR"-a verilən məlumata görə, yarışlarda Azərbaycan Xüsusi Olimpiya Komitəsinin döşəmə üzərində hokkey üzrə yığma komandası da iştirak edəcək.
Qeyd edək ki, döşəmə üzərində hokkey idman növü Xüsusi Olimpiya Komitəsi tərəfindən 1995-ci ildən etibarən inkişaf etdirilir. İlk böyük nəticə 1997-ci ildə Kanadanın Toronto şəhərində əldə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31