Eden Hazarın təpiklədiyi milyarder oğluymuş
Uşağın atası "Suonsi" futbol klubunun səhmdarıdır
25 Yanvar 2013 11:17 İdmanEden Hazarın təpiklədiyi uşağın kimliyi müəyyənləşib. Məlum olub ki, zərəçəkən milyarder oğludur və olun atası "Suonsi" klubunun səhmdarıdır. ANS PRESS-in Sports.ru saytına istinadən verdiyi xəbərə görə, döyülən "boll-boy"un atası Martin Morqanın var-dövləti təxminən 50 milyon funt sterlinq dəyərindədir.
Uelsin ən varlı adamları siyahısında onun adı 32-ci yerdədir. Həmçinin o, "Suonsi" futbol komandasının səhmlərinin 22,5%-nin sahibidir.
Britaniya mediasında "balaca uşaq" kimi təqdim edilən Morqanın əslində 17 yaşlı gənc olduğu da aşkarlanıb. Lakin sosial şəbəkələrdə bir qism insanlar Eden Hazara maksimal dərəcədə sərt cəza verilməsini tələb etsələr də, digər bir qism isə futbolçunun ədalətli hərəkət etdiyini bildirirlər.