İlk finalçı məlum oldu
25 Yanvar 2013 11:16 İdmanSerbiyalı tennisçi Novak Cokoviç "Böyük dəbilqə" seriyasından Avstraliyanın açıq çempionatında ilk finalçı olub. Lent.az-ın məlumatına görə, Cokoviç yarımfinalda ispaniyalı Davids Ferreri üstələyib - 6:2, 6:2, 6:1.
Onun finaldakı rəqibi yanvarın 25-də keçiriləcək Roje Federer (İsveçrə) və Endi Mürrey (Böyük Britaniya) arasında keçiriləcək digər yarımfinal görüşünün qalibi olacaq.
Qeyd edək ki, qadınların mübarizəsində final matçı Viktoriya Azarenko (Belarus) və Na Li (Çin) arasında yanvarın 26-da baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31