"Yuventus" ispan yırtıcı aldı

"Yuventus" "Atletik" Bilbaonun forvardı Fernando Lyorente ilə anlaşdı.  Milli.Az Gazzetta dello Sport-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu 1 iyuldan "Qoca Sinyora"lara qatılacaq. O, klubla 2017-ci ilə kimi müqavilə bağlayıb. Lakin İtaliya çempionu ispaniyalını bu qış heyətinə qatmaq istəyir. Amma İspaniya klubunun rəhbərliyi liderlərini buraxmaq istəmir. Qeyd edək ki, İspaniya çempionatında forvard 248 oyuna 82 qol vurub. Avropa liqasında 7 oyun keçirib. Hansı ki "Atletik" finala çıxmışdı. O, İspaniya yığmasında 21 oyun keçirib, 2010/12-ci ildə İspaniya dünya və Avropa çempionu olanda Lyorente də heyətə daxil olmuşdu.
Xatırladaq ki, "Yuventus" Çempionlar liqasının 1/8 finalında Şotlandiyanın çempionu "Seltik" ilə oynayacaq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31