Buffon 2015-ci ilə qədər "Yuventus"da qalacaq

İtaliyanın "Yuventus" futbol klubunun kapitanı Cuanluici Buffon, 2015-ci ilə qədər "qoca sinyora"nın uğurları üçün çalışacaq. Siasport.az saytı xəbər verir ki, dünyanın ən yaxşı qapıçılarından sayılan C.Buffon klubu ilə olan müqaviləsini 2015-ci ilə qədər uzatmaq qərarına gəlib. Klubun rəsmi açıqlamasında bildirilir ki, "Yuventus" təcrübəli futbolçu ilə yola davam etmək qərarına gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31