İtaliya Kuboku: "Canavarlar" ev oyununda "İnter"ə qalib gəldilər
24 Yanvar 2013 12:30 İdmanFutbol üzrə İtaliya Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
"Juventus" "Lazio" ilə üz-üzə gəlib. Tərəflərin 90 dəqiqəlik mübarizəsində qalib müəyyənləşməyib. Qeyd edək ki, İtaliya Kubokunda bu mərhələnin qalibləri iki oyuna müəyyənləşir. Ona görə də hər şeyə cavab qarşılaşmasında aydınlıq gələcək.
İkinci oyun günündə isə "Roma" "Inter"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Amma bu cütdə də hər şeyə cavab matçında aydınlıq gələcək.
İtaliya Kuboku
Yarımfinal (ilk oyun)
22 yanvar
Juventus - Lazio - 1:1
23 yanvar
Roma - İnter - 2:1
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31