Ronaldinyo yenidən Braziliya millisində!
23 Yanvar 2013 19:26 İdmanFutbol üzrə Braziliya millisinin yeni baş məşqçisi Luiş Felipe Skolari Ronaldinyonu və Julio Sezarı yenidən millinin heyətinə dəvət edib. Siasport.az saytı xəbər verir ki, təcrübəli mütəxəssis İngiltərə millisi ilə keçiriləcək yoldaşlıq qarşılaşmasında bu təcrübəli futbolçuların xidmətinə ehtiyac duyub. Xatırladaq ki, 32 yaşlı Ronaldinyo son dəfə keçən ilin iyun ayında millidə çıxış edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31