Almaniyada qalmaqallı transfer...

Futbol üzrə Almaniya Bundesliqasında qəribə transfer qalmaqalı yaşanıb. Siasport.az saytı xəbər verir ki, "Hannover 96" futbol klubunun Braziliyanın "Kortiba" klubundan transfer etdiyi Muniz Dos Santosun boyu rəsmi şəkildə 1,90 santimetr göstərilsə də, əslində tamam başqa vəziyyət qeydə alınıb. Belə ki, baş məşqçi Mirko Slomka futbolçu ilə birgə mətbuat konfransı keçirərkən, gənc futbolçunun boyca ondan balaca olduğuna diqqət edib və yenidən boyunun ölçülməsini tələb edib. Məlum olub ki, braziliyalı futbolçunun boyu 1,90 deyil, 1,80 santimetrdir. Almaniya mətbuatı isə bu transfer barədə qalmaqallı yazılar dərc etməyə başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31