Çempionlar Liqasının qalibi olacağı təqdirdə "Real"ın hər futbolçusu 500 min avro alacaq
23 Yanvar 2013 14:59 İdmanİspaniyanın "Real" (Madrid) komandasının prezidenti Florentino Peres klubun Çempionlar Liqasında (ÇL) qalib olacağı təqdirdə futbolçuların alacağı mükafatların məbləğini açıqlayıb.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, klub ÇL-in qalibi olarsa, meydançaya azı bir dəfə çıxan futbolçu da daxil olmaqla, klubun oyunçularının hər biri 500 min avro alacaq.
Qeyd edək ki, ötən mövsüm ÇL-də qalibiyyət "Real"ın oyunçularının hər birinə 300 min avro qazandıra bilərdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31