Arda Turan transfer xəbərləri haqqında danışdı!
23 Yanvar 2013 12:13 İdmanSon zamanlar adı bir sıra Avropa klubların transfer siyahısında hallandırılan Arda Turan, gələcək koryerası barədə danışıb. Siasport.az saytı xəbər verir ki, türkiyəli futbolçu hazırda çıxış etdiyi "Atletiko" klubunda özünü xoşbəxt hiss etdiyini və buradan heç bir yana getmək istəmədiyini deyib. A.Turan, heç zaman "Atletiko"dan ayrılmaq istəmədiyini, Madrid klubunun böyük camiə olduğunu və burada hər kəsin bir ailə kimi yaşadığını bildirib. Bu il çempionluq uğrunda mübarizə apardıqlarını deyən A.Turan bildirib ki, sona qədər bu məqsəd üçün çalışacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31