"Beşiktaş"ın kapitanı "Qalatasaray" barədə iddialı danışdı!
23 Yanvar 2013 12:13 İdmanBazar günü "Qalatasaray"la derbi oyununa çıxacaq "Beşiktaş" klubu, bu qarşılaşmaya ciddi hazırlaşır. Siasport.az saytı xəbər verir ki, istanbul klubunun kapitanı İbrahim Toraman derbidə gülən tərəf onların olacağını düşünür. Türkiyə mediyasına açıqlama verən kapitan bildirib ki, əzəli rəqiblərinin kimi transfer etməsi onları maraqlandırmır. "Beşiktaş"ın kapitanı "Türk Telekom Arena"ya ancaq və ancaq qələbə üçün çıxacaqlarını dilə gətirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31