"Bakı" "Qalatasaray"lı futbolçunu alır

27 yaşlı yarımmüdafiəçi baxışdadır

"Bakı" klubu "Qalatasaray"ın sabiq futbolçusu Ferdi Elması heyətinə cəlb edib. ANS PRESS-in Apasport.az saytına istinadən verdiyi xəbərə görə 2008-09-cü il mövsümündə "Cim Bom"da oynamış 27 yaşlı yarımmüdafiəçini baxışdan keçirir. O, milliyətcə türk olsa da, Amsterdamda anadan olub və Hollandiya vətəndaşlığını da daşıyır. Yetirməsi olduğu "Ayaks"ın Akademiyasında 10 il olan Ferdinin peşəkar futbolda ilk klubu Hollandiyada "Valviyk" olub. 2005-ci ildə bu komandanın heyətində 29 oyunda 11 qol vurub.
Bundan sonra futbolçu karyerası Türkiyəyə bağlı olan Elmas "Çaykur Rizəspor" (53 oyun, 14 qol), ""Adanaspor" (icarədə, 10 oyun, 1 qol), "Qalatasaray" (7 oyun, 1 qol), "Karabükspor" (24 oyun, 2 qol), "Karşıyaka" (3 oyun) klubunda oynayıb.
"Karabükspor"la 2009/10 mövsümündə Türkiyənin I liqasının çempionu olaraq Superliqaya yüksələn futbolçu 2 ölkənin yığmasında forma geyib. Belə ki, Ferdi Hollandiyada 17 (3 oyun, 2 qol), Türkiyədə 21 yaşlılardan ibarət yığmada (3 oyun) çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31