İtalyan klubu prezidentsiz qaldı

İtaliyanın tanınmış klublarından "Sampdoriya"nın prezidenti Rikardo Qarrone dünyasını dəyişib. Publika.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 77 yaşlı Rikardo Qarrone uzun müddət xəstəlikdən əziyyət çəkirmiş. Məlumat üçün bildirək ki, o, "Sampdoriya"ya 2002-ci ildən rəhbərlik edib. Onun dövründə hətta komanda Çempionlar Liqasında da mübarizə aparıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31