Joze Mourinyodan "Qalatasaray"a Sneyder jesti

Sneyderin "Qalatasaray"a keçməsinin sirri açıldı. İtaliyanın məşhur La Gazetta dello Sport qəzetinə müsahibə verən Uesli Sneyder "Qalatasaray"a "Real" Madrid klubunun baş məşqçisi Joze Mourinyonun məsləhəti ilə keçdiyini deyib. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hollandiyalı futbolçu "İnter" Milanda bir vaxtlar baş məşqçilik edən Mou ilə əlaqə saxladığını bildirib: "Mənim "Qalatasaray"da olmağımın ən böyük səbəblərindən biri Joze Mourinyonun məsləhəti oldu. Məni bura göndərən o oldu".

Qeyd edək ki, portuqaliyalı mütəxəssisin "Aslanlar"ın baş məşqçisi Fatih Terim ilə münasibətləri çox yaxşıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31