Silvio Berluskoni Kakaya aşiq olduğunu gizlətmədi
İtaliyanın keçmiş baş naziri futbolçuya olan böyük heyranlığından danışıb
21 Yanvar 2013 19:12 İdmanArzum-Kakanı "Milan"da görməkdir. Bunu İtaliyanın keçmiş baş naziri, "Milan" klubunun sahibi Silvio Berluskoni deyib. "Milan" və "Real" klublarının nümayəndələri braziliyalı yarımmüdafiəçinin transferi haqda danışıqları yekunlaşdırmaq üzrədirlər. Tərəflərə ancaq futbolçunun maaşını müzakirə etmək qalır. "Kaka çox yaxşı futbolçudur. Bir azarkeş kimi onun qayıdışını arzulayıram. O, nəinki dahi oyunçu, o həm də dahi insandır. Böyük səbrsizliklə onu gözləyirik və qayıdışına ümid edirik. Hələ ki, danışıqlar uğurla gedir, böyük ehtimal ki, 48 saat ərzində razılaşma imzalanacaq", - deyə Silvio Berluskoni "La Gazzetta dello Sport"a danışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31