Azərbaycan Avropa Olimpiya Oyunlarına yüksək səviyədə evsahibliyi edəcək
18 Yanvar 2013 16:00 İdman"Azərbaycan 2015-ci ildə keçiriləcək I Avropa Olimpiya Oyunlarına yüksək səviyyədə ev sahibliyi etmək əzmindədir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikri yap.org.az saytına Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, millət vəkili Ağacan Abiyev səsləndirib. Bildirib ki, Azərbaycan bu möhtəşəm idman tədbirinin layiqli səviyyədə baş tutması üçün bütün zəruri addımları atacaq: "Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev ölkəmizdə idmanın inkişafına xüsusi diqqət göstərir. Bu diqqətin nəticəsidir ki, idmançılarımız beynəlxalq yarışlarda böyük uğurlar qazanırlar. Eləcə də, ölkəmizdə böyük idman isfrastrukturları yaradılır. Nüfuzlu beynəlxalq idman təşkilatlarının rəhbərləri də artıq Azərbaycanı Avropanın tanınmış idman dövləti kimi qiymətləndiriblər. Bu mənada I Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbul olunması təsadüfi deyil".