"Mançester Yunayted" daha bir futbolçusunu itirdi
18 Yanvar 2013 19:18 İdmanİngiltərənin "Mançester Yunayted" futbol klubu, daha bir önəmli futbolçusunu səhhətində yaranan problem üzündən itirməli olub. Siasport.az saytı xəbər verir ki, "qırmızı şeytanlar" Dallen Fletçerin qalın bağırsaq əməliyyatı keçirməsi səbəbindən mövsümün sonuna qədər bu futbolçunun xidmətindən məhrum olublar. "Mançester Yunayted"in rəsmi saytının yaydığı xəbərə görə, artıq futbolçunun əməliyyat olunması ilə bağlı hazırlıqlara başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31