Valdes "Barselona"nı tərk edəcək!
18 Yanvar 2013 19:20 İdmanİspaniyanın "barselona" futbol klubunun qolkiperi Viktor Valdes, katalon klubunu tərk etməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, "Barselona"nın yeni müqavilə imzalamaq təklifini rədd edən bacarıqlı qolkiper, menecerləri vasitəsi ilə artıq başqa klublarda çıxış etmək istəyini dilə gətirib. Artıq onun menecerlərinin, 31 yaşlı qolkiperin bu qərarını "Barselona" klubunun rəhbərliyinə çatdırdığı bildirlir. Xatırladaq ki, V.Valdesin "Barselona" ilə müqaviləsi 2014-cü ildə başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31