“Atletiko” Madriddən daha bir qələbə

Bu mövsüm istər İspaniya "La Liqası"nda, istər kral kubokunda, istərsə də Avro Liqada uğurla çıxış edən "Atletiko" Madrid klubu növbəti qələbəsini qazanıb.
"Qafqazinfo" xəbər verir ki, dünən keçirilən kral kubokunun ¼ final oyununda "Atletiko" "Real Betis"i 2-0 hesabı ilə məğlub edib və cavab oyunu üçün yaxşı nəticə qazanmış olub. Madridlilərin qələbə qollarını Falkao(11-ci dəq) və Felipe (23-cü dəq) vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31