“Böyükağa Hacıyevin kimləri nəzərdə tutduğu məlum deyil” - AÇIQLAMA
Mikayıl Nərimanoğlu: “Böyükağa Hacıyev kimi nəzərdə tutursa adlarını desin”
18 Yanvar 2013 12:48 İdman"AFFA-da iki nəfər var ki, "Neftçi"nin əleyhinə işləyir. Bunu mətbuata açıqlama verən "Neftçi" FK-nın baş məşqçisi Böyükağa Hacıyev bildirib. Məsələyə münasibət bildirən AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun sözlərinə görə Böyükağa Hacıyev kimi nəzərdə tutursa adlarını desin: "AFFA-da 200-ə yaxın əməkdaş çalışır, Böyükağa Hacıyevin kimləri nəzərdə tutduğu məlum deyil. Lakin, AFFA həmişə "Neftçi"yə dəstək olub. Klubun keçirdiyi bütün ev oyunlarında biz "Neftçi"nin yanında olmuşuq". ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31