"Milan" Bekhemi geri qaytarmaq istəyir

"Milan" transfer siyasətində ixtisar etmək istəyir. Mediaset-in xəbərinə görə, "Milan" transfer siyasətini dəyişərək "Los-Anceles Qelaksi" klubunun sabiq futbolçusu Devid Bekhemi geri qaytarmaq istəyir. Milli.Az Sports-a istinadən xəbər verir ki, "Rossoneri"lərin bu mövsüm gənc futbolçulara stavka etmək qərarına rəğmən, klub rəhbərliyi 37 yaşlı ingilis futbolçunu geri qaytarmaq imkanlarını arayır. Xatırladaq ki, Bekhem 2010-cu ilin yanvarından iyun ayına kimi icarə hüquqi ilə "Milan" klubunda oynayıb. Qeyd edək ki, Bekhem keçən mövsüm MLS liqasında 30 oyuna 7 qol vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31