Gürcü futbolçu özünü asıb

Futbol üzrə Gürcüstan milli komandasının sabiq futbolçusu Zurab Popxadze intihar edib. Siasport.az saytı xəbər verir ki, qonşu ölkənin hüquq-mühafizə orqanları, son vaxtlar doğma şəhəri Laqodexinin "Ereti" klubunun baş məşqçisi işləmiş 40 yaşlı mütəxəssisin ailəsindəki münaqişəyə görə özünü öldürdüyünü iddia edirlər. Onun 3 uşağı qalıb ki, bunlardan 2-si yetkinlik yaşına çatmayanlardır. Xatırladaq ki, Z. Popxadze Rusiyada "Alaniya", "Krılya Sovetov", Nijni-Novqorod "Lokomotiv"in heyətində ümumilikdə 100-dən çox matç keçirib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31