Kriştiano Ronaldo azərbaycanlı futbolçuya hədiyyə göndərdi

Portuqaliya millisinin aparıcı oyunçusu Kriştiano Ronaldo "Bakı" klubun hücumçusu Valeh Seyidova öz imzası ilə foto şəklini hədiyyə olaraq göndərmişdir.
AzərTAc xəbər verir ki, şəkil Portuqaliya Futbol Federasiyası vasitəsi ilə ünvanına çatdırılmışdır.
Portuqaliya Futbol Federasiyasının idman direktoru Azərbaycana səfəri zamanı "Bakı"nın təlim-məşq bazasında olmuşdu. O, U-17 oyunu zamanı V.Seyidovun Ronaldosayağı "fintlə" qolunun görüntüsünü izləmişdir. Səfərdən qayıtdıqdan sonra o K.Ronaldoya V.Seyidov haqqında öz təəssüratlarını danışmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31