"Kəpəz"də baş məşqçi dəyişikliyi
15 Yanvar 2013 15:01 İdman"Kəpəz"in əvəzedicilərdən ibarət komandasında baş məşqçi dəyişikliyi rəsmiləşib. Trend klubun saytına istinadən məlumat verir ki, "dubl"u bundan sonra Mehman Hacıyev hazırlayacaq. Gənc məşqçi bu postda Xaliq Mərdanovu əvəzləyib. Qeyd edək ki, Hacıyev buna kimi əsas komandada çalışırdı. Mehman Hacıyev klubda əvəzedicilərdən ibarət komanda yaradılan ilk gündən məhz heyətin başında olub. Ötən yay isə o, əsas komandaya dəvət almışdı.
Məşqçinin qarşısında duran əsas məsələ "Kəpəz" futbol klubu üçün layiqli ehtiyat qüvvə yetişdirmək, bacarıqlı və istedadlı futbolçuları tapıb üzə çıxarmaqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31