Dünyanın ən yaxşı futbol hakimləri seçildi
15 Yanvar 2013 19:29 İdmanBeynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı hakimlərinin siyahısını açıqladı. Milli.Az IFFHS-in rəsmi saytına istinadən bildirir ki, 15 referinin yer aldığı siyahıda Türkiyəni bir hakim təmsil edir. Portuqaliyalı hakim Pedro Proença Oliveira Alves Qarsia həmkarlarından xeyli çox səs toplayaraq 174 səslə 1-ci olub. Türk hakim Cüneyt Çakır isə məşhur ingilis hakim Hovard Melton Uebbi 1 səs üstələyərək 2-ci olub.
Siyahını təqdim edirik:
1. Pedro Proença Oliveira Alves Garcia Portuqaliya 174
2. Cüneyt Çakır Turkiyə 73
3. Hovard Melton Uebb İngiltərə 72
4. Viktor Kassai Macarıstan 50
5. Volfqanq Stark Almaniya 40
6. Ravşan İrmatov Özbəkistan 35
7. Damir Skomina Sloveniya 26
8. Vilmar Roldan Kolumbiya 20
9. Dr. Feliks Brix Almaniya 15
10. Stefan Lannoy Fransa 13
Nikola Rizzoli İtaliya 13
12. Milorad Majiç Serbiya 11
13. Karlos Valesko Karballo İspaniya 8
14. Mark Klattenburq İngiltərə 6
15. Karlos Vera Ekvador 5