"Real" Kaka ilə yollarını ayırır

“Kral klubu”u bununla büdcəyə qənaət etmək istəyir

Madridin "Real" klubu Braziliya yığmasının yarımmüdafiəçisi Kaka ilə müqaviləsini ləğv etmək niyyətindədir. "Kral klubu" büdcəyə qənaət etmək məqsədilə 30 yaşlı braziliyalı ilə müqaviləyə xitam verməyə qərar verib.
ANS PRESS-in məlumatına görə, Kakanın illik məvacibi 12 mln avro təşkil edib və bundan başqa klub ona görə təxminən 3 milyon avro dəyərində vergi ödəyir.
Əgər Kaka yanvar transfer pəncərəsinin yekunlaşacağı vaxta kimi yeni klub tapsa, "Real" onu buraxacaq.
Qeyd edək ki, Kaka 2009-cu ildən İtaliyanın "Milan" klubundan "Kral klub"una ən uğursuz transferlərdən sayılır. O, sonuncu İspaniyanın birinciliyində çıxış edərək 7 oyun keçirsə də, heç bir nəticə göstərməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31