Arda Turan İtaliyaya gedir?

"İnter" futbolçu üçün 18 milyon avro ödəməyə hazırdır

"İnter" komandası sezonun sonunda "Atletiko Madrid"dən ayrılacağı iddia edilən Arda Turanı transfer etmək niyyətindədir. ANS PRESS-in milliyyet.com saytına istinadən verdiyi xəbərə görə, "Atletiko Madrid" komandasından ayrılması gözlənilən Vesley Sneyderin yerinə məşqçi müdafiəçi mövqeyinə futbolçu axtarır. Baş məşqçinin siyahısının əvvəlində Arda Turan durur. "Sezonun sonunda "Atletiko"dan ayrılıb Çempionlar Liqasında oynayan Avropanın ən böyük klublarından birinə getmək istəyirəm" deyən Arda Turan "Atletiko" tərəfdarlarını məyus edib. Bu yaxınlarda ona Liverpuldan da təklif gəldiyi bir vaxtda "İnter"in 18 milyon avroluq transfer dəyəri nəzərdə tutduğu bildirilir. 
2011-ci ildə "Qalatasaray"dan transfer edilən Arda Turanın transfer dəyəri kimi "Atletiko Madrid"ə 12 milyon avro ödəmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31