“Barselona” “Real”la xal fərqini 18-ə çatdırdı

Kataloniya nəhəngi səfərdə “Malaqa”nı məğlub edib

"Barselona" klubu İspaniya çempionatının 19-cu turu çərçivəsində "Malaqa" üzərində asan qələbə qazanıb və "Real"la xal fərqini artırıb.
Malaqada keçirilən qarşılaşma "Barselona"nın 1:3 hesablı qələbəsi ilə başa çatıb. Kataloniyalıların qollarını Messi (27-ci dəqiqə), Fabreqas (50-ci dəqiqə) və Alkantara (82-ci dəqiqə) vurublar. "Malaqa"nın 90-cı dəqiqədə vurulan təsəlli qolunun müəllifi Buonnanote olub.
Beləliklə, "Barselona" 19 turda 18 qələbə qazanmış oldu. Kataloniya nəhənginin hesabında cəmi 1 heç-heçə var. Bu turdan sonra "Barselona" ilə üçüncü pillədəki "Real" arasında xal fərqi 18-ə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31