Edinson Kavani: "Balotelli ilə bir komandada oynamaq istəyirəm"

Milli.Az Sports-a istinadən xəbər verir ki, "Napoli" klubunun forvardı Edinson Kavani "Mançester Siti" klubunun forvardı Mario Balotelli ilə bir komandada oynamaq istədiyini deyib:
"Heç kimin ixtiyarı yoxdur ki, başqa bir insana hökm etsin. Biz hamımız səhv buraxırıq. Balotelli isə mənim fikrimcə, əla futbolçudur. Mən istəyərdim ki, onunla bir komandada oynayam. Balotelli əsl çempiondur, o öz məharətini artıq sübüt edib. "Napoli"də hər şey ürəyimcədir. Mən burada uzun müddət qalmaq istəyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31