Futbolçuya həbs cəzası verildi
11 Yanvar 2013 19:20 İdmanBraziliyanın San-Paulu ştatının kriminal məhkəməsinin qərarına əsasən, İtaliyanın "Udineze" klubunun futbolçusu Danilo 1 il müddətinə həbs cəzasına məhkum olunub.
Publika.Az xəbər verir ki, buna səbəb 2010-cu ildə Braziliya Kubokunda "Palmeyras" və "Atletiko Paranaense" arasındakı oyunda "Palmeyras"da çıxış etmiş Danilonun rəqib oyunçu Manoelin sifətinə tüpürərək onu "meymun" adlandırması olub.
Danilo həbs cəzasından qurtula da bilər. Bunun üçün məhkəmə onun apellyasiya şikayətini təmin etməli və azadlıqdan məhrumetmə cəzasını 127 min avro cərimə ilə əvəz etməlidir. 28 yaşlı futbolçunun illik qazancı 400 min avrodur.
Xatırladaq ki, Danilo 2011-ci ilin yayında "Udineze"yə keçib. Bu mövsüm o, 25 matçda iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31